Xəzər Xəbər

CGTN: Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir

Dünya | 13:42 • 5 Oktyabr 2020
CGTN: Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində "Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir” başlıqlı məqalə yerləşdirilib.


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciəti əsasında hazırlanan məqalədə dövlətimizin başçısının atəşkəsin reallaşması üçün Ermənistanın yerinə yetirməli olduğu şərtləri açıqladığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın çəkilməsinin dəqiq cədvəlini tələb edib.


"Bundan başqa, Prezident Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırdığına görə Ermənistanın baş naziri Nikol Paşinyanın üzr istəməsini tələb edib”, - deyən CGTN yazır ki, dövlət başçısı Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün 30 il gözlədiyini bildirib.


Dağlıq Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu qeyd edən CGTN Azərbaycan Prezidentinin "Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” fikrinə də yer verib./AZƏRTAC

Xəbər lenti