Xəzər Xəbər

IMF: Gürcüstan iqtisadiyyatı 5% azalacaq

Dünya | 17:29 • 16 Sentyabr 2020
IMF: Gürcüstan iqtisadiyyatı 5% azalacaq

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstanda iqtisadi artımla bağlı builki proqnozunu yeniləyib.


Yeni proqnoza əsasən, qonşu ölkənin iqtisadiyyatında 5% azalma gözlənilir.


Fond bu ilin aprel ayında Gürcüstanda iqtisadi kiçilmənin 4% səviyyəsində olacağını bildirmişdi.


IMF-dən qeyd olunub ki, iqtisadi tənəzzül koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənliklər fonunda baş verəcək. /report

Xəbər lenti