Xəzər Xəbər

Tramp: “İranın istənilən hücumuna 1000 dəfə artıq cavab veriləcək”

Dünya | 15:42 • 15 Sentyabr 2020
Tramp: “İranın istənilən hücumuna 1000 dəfə artıq cavab veriləcək”

Ağ Ev rəhbəri Donald Tramp mətbuatda İranın guya ABŞ-a qarşı terror aktı hazırlaması ilə bağlı məlumatlara münasibət bildirib.


"İranın ABŞ-a istənilən hücumu, hansı üsulla edilməsindən asılı olmayaraq İrana hücumla qarşılanacaq və 1000 dəfə daha artıq olacaq”, - deyə D.Tramp bildirib.


Xatırladaq ki, "Politico” nəşri İran rəhbərliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil edilməsi imkanlarını nəzərdən keçirdiyini iddia edib.

Xəbər lenti