Xəzər Xəbər

İkinci dəfə ölkə miqyasında karantin elan etdilər Dünyada İLK

Dünya | 14:58 • 14 Sentyabr 2020
İkinci dəfə ölkə miqyasında karantin elan etdilər

İsrail koronavirus pandemiyası səbəbilə ikinci dəfə ölkə miqyasında karantin elan edib.


Bununla da dünya miqyasında ikinci dəfə ümumi karantin tətbiq edəcək ilk ölkə olub.


Yoluxma sayında sürətli yüksəliş səbəbilə 18 sentyabr saat 14:00-dan etibarən ölkədə 3 həftəlik qabaqlayıcı tədbirlər tətbiq olunacaq.


Məsələ ilə bağlı dövlət televiziyasında çıxış edən Baş nazir Benyamin Netanyahu bu vəziyyətin hər kəs üçün ağır nəticələr yarada biləcəyini deyib./Publika.az

Xəbər lenti