Xəzər Xəbər

Koronavirus 761 mindən artıq can alıb - ÜST

Dünya | 09:38 • 17 Avqust 2020
Koronavirus 761 mindən artıq can alıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 234 mindən çox artıb.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.


Avqustun 16-ı saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 234 002 nəfər koronavirusa yoluxub, 5 232 nəfər isə dünyasını dəyişib.


Yoluxanların ümumi sayı 21 260 760, ölənlərin isə 761 018 nəfərə çatıb.


Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti