Xəzər Xəbər

Güclü sel: 12 uşaq öldü, 4-ü itkin düşdü

Dünya | 12:37 • 2 Avqust 2020
Güclü sel: 12 uşaq öldü, 4-ü itkin düşdü

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var.


Daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.


Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.

Xəbər lenti