Xəzər Xəbər

Malayziyanın sabiq Baş naziri çoxmilyonluq korrupsiya qalmaqalında təqsirli bilinib

Dünya | 12:44 • 28 İyul 2020
Malayziyanın sabiq Baş naziri çoxmilyonluq korrupsiya qalmaqalında təqsirli bilinib

İyulun 28-də Malayziya məhkəməsi sabiq Baş nazir Nacib Razakı 1MDB dövlət investisiya fondunda çoxmilyonluq korrupsiya qalmaqalında təqsirli bilib.


Bu barədə yerli KİV-lər məlumat yayıb.


Məhkəmənin hökmünə əsasən, N.Razak 2014-cü ilin dekabrından 2015-ci ilin fevarlınadək 1MDB fondunun hesabından 42 milyon rinqit (təqribən 9,9 milyon dollar) vəsaitin onun şəxsi hesablarına köçürülməsində təqsirli bilinib.


Qeyd edilir ki, 67 yaşlı N.Razaka qarşı çirkli pulların yuyulması, etibardan və hakimiyyətdən sui-istifadə maddələri üzrə ittiham irəli sürülüb. N.Razak bu ittihamların heç birini qəbul etmədiyini və günahı olmadığını bildirib.

Xəbər lenti

Çox oxunanlar