Xəzər Xəbər

Serbiyanın Müdafiə naziri koronavirusa yoluxub

Dünya | 16:33 • 27 İyun 2020
Serbiyanın Müdafiə naziri koronavirusa yoluxub

Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.


"Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub", - deyə Nazirliyin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, A.Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətdədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.

Xəbər lenti

Çox oxunanlar