Xəzər Xəbər

Danimarkanın baş nazir növbəti dəfə toy mərasimini təxirə saldı

Dünya | 17:52 • 26 İyun 2020
Danimarkanın baş nazir növbəti dəfə toy mərasimini təxirə saldı

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqının sammitinə görə toy mərasimini təxirə salıb.


Xəbəri "Associated Press” agentliyi yayıb.


"Avropa İttifaqının şənbə günü Brüsselə təyin olunan iclası toyumu planlaşdırdığım günə təsadüf etdi. Mən Danimarkanın maraqlarını, işimi düşünməliyəm. Bu səbəbdən planlarımızı yenidən dəyişdirməliyik”, - deyə qadın siyasətçi bildirib.


M.Frederiksen ötən il də evliliyini təxirə salmalı olmuşdu. O zaman siyasətçinin üzv olduğu Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlmiş və siyasi təsisat qarşısına yeni hökumət qumaq tapşırığı qoymuşdu.


42 yaşlı siyasətçi tezliklə evlənəcəyinə ümid etdiyini deyib, səbr və anlayış göstərdiyi üçün nişanlısı Bo Terqberqə təşəkkür edib.

Xəbər lenti