Xəzər Xəbər

“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

Dünya | 14:29 • 7 İyun 2020
“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

"YouTube” sosial şəbəkəsi İranın dövlət televiziyasının səhifəsini (akkaunt) bloklayıb.

İran televiziyasının rəhbəri Hüseyn Yusiffər bildirib ki, ABŞ şirkətinin belə addımı heç də təəccüblü deyil. O hesab edir ki, "Google” şirkətinə aid olan "YouTube” sosial şəbəkəsi siyasi sifariş alaraq İran televiziyasının səhifəsini bağlayıb. Söz və mətbuat azadlığından danışanlar nədənsə İran televiziyasının həqiqətləri yayımlamasından qorxurlar.

H.Yusiffər nəzərə çatdırıb ki, İran televiziyası digər vasitələrlə həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.

Qeyd edək ki, "Instagram”, "Twitter” və "Facebook” sosial şəbəkələri də İranın bir sıra xəbər agentliklərinin ingilis dilindəki səhifələrini bloklayıb. Onlar iddia edir ki, İranın media strukturları qaydaları pozur. Lakin İran bu iddiaları rədd edir.

Xəbər lenti

Çox oxunanlar