Xəzər Xəbər

ÜST-dən AÇIQLAMA: 6 peyvəndin insanlar üzərində sınağı başladı

Dünya | 09:37 • 24 Aprel 2020
ÜST-dən AÇIQLAMA:

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı dünya miqyasında müxtəlif şirkətlər tərəfindən 83 peyvəndin hazırlandığını açıqlayıb.

Hazırlanan peyvəndlərdən hələlik sadəcə 6-nın insanlar üzərində sınaqdan keçirilməsinə icazə verilib. Məlumata görə, 6 peyvəndən 3-ü Çində insanlar üzərində sınaqdan keçirilir. Bildirilib ki, insanlar üzərində aparılan testlərin nəticələri barədə qəti fikir söyləmək hələ tezdir.

Qeyd edək ki, koronavirusa qarşı peyvəndin insanlar üzərində ilk sınağı ABŞ-dakı "Moderna” dərman şirkəti tərəfindən həyata keçirilib./publika.az

Xəbər lenti