Özbəkistanda COVID-19 koronavirusa yoluxan şəxs ölüb.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə bu virusa yoluxanların sayı 83-ə çatıb. Namanqan şəhərində koronavirusdan müalicə olunan 72 yaşı xəstə infarktdan dünyasını dəyişib. Onu koronavirusa Türkiyədən gələn qızı yoluxdurub.
Nazirlikdən bildiriblər ki, ölkə üzrə koronavirusa yoluxan yeddi nəfərin vəziyyəti ağırdır.