Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb.
Özbəkistan Xüsusi Respublika Komissiyasından bildiriblər ki, martın 26-da bu virusa yoluxanların sayı 65 nəfər olub. Sutka ərzində 15 nəfərdə koronavirus aşkarlanıb. Bildirilib ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağır olaraq qalır. Koronavirusa yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Ölkədə hazırda xəstəxana və ev şəraitində karantində qalanların sayı 28 mindən çoxdur.