Xəzər Xəbər

Kabildə yaraqlılar məbədə hücum edib, ölənlər var

Dünya | 11:37 • 25 Mart 2020
Kabildə yaraqlılar məbədə hücum edib, ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə yaraqlılar Siqh məbədinə hücum edib.

"Al-Jazeera" kanalının verdiyi xəbərə görə, bu barədə Əfqanıstandakı Siqh azlığının parlamentdəki təmsilçisi Narindra Siqh Kalsa bildirib.

O qeyd edib ki, hücumun baş verdiyi məbədə yaxın olub və hadisə ilə bağlı məlumat alan kimi əraziyə gedib: "İkin məlumata görə, hücumda 3 və ya 4 nəfər öldürülüb, 150 nəfər yaralanıb".

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub və hazırda atışma davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar