İsraildə yeni tip koronavirusdan (Kovid-19) ölənlərin sayı on minlərə çata bilər.
Bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
"Kanal 12” telekanalına açıqlama verən Netanyahu bildirib ki, gələcəkdə xəstəliyə tutulanlar arasındakı ölüm faizi 2-4% arta bilər: "Kimsə işlərin hansı nöqtəyə gələcəyini bilmir. Səhiyyə Nazirliyi növbəti günlərdə gündə 20 min insandan koronavirus analizi götürə bilər”.
Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyi ölkədə 883 Kovid-19 xəstəsi olduğunu açıqlamışdı. Ölüm faktı isə 1 dəfə qeydə alınıb./Publika.az