Xəzər Xəbər

Türkiyədə bütün milli və beynəlxalq tədbirlər aprelin sonunadək təxirə salındı

Dünya | 17:21 • 20 Mart 2020
Türkiyədə bütün milli və beynəlxalq tədbirlər aprelin sonunadək təxirə salındı

Türkiyədə açıq və ya qapalı formada keçiriləcək bütüngörüş və ya fəaliyyətlər aprel ayının sonuna qədər təxirə salınıb.

"HaberGlobal” bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete”dəyayımlanan xəbərə əsasən məlumat yayıb.

Koronavirus pandemiyasının Türkiyədə yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü vurğulanan təlimatdaqeyd edilir:

"Koronavirus pandemiyasınınölkəmizdə yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyinin nəzdindəki Koronavirus Elmi Şurasının tövsiyələrinə əsasən, milli və beynəlxalq səviyyədə açıq və ya qapalı formada keçiriləcək hər hansı bir elmi, mədəni, bədii və oxşar görüşlərin və ya tədbirlərin aprel ayının sonuna qədər təxirə salınması məqsədəuyğun hesab edilir”.

Xəbər lenti