Xəzər Xəbər

Buzlar əriyəndən sonra üzə çıxdı - Çobandan TARİXİ TAPINTI - FOTO

Dünya | 10:18 • 11 Mart 2020
Buzlar əriyəndən sonra üzə çıxdı -

Norveçin şimalında iqlim dəyişikliyi səbəbiylə buzların əriməsi tarixi tapıntının üzə çıxmasına səbəb olub.

Buzların altında Vikinqlərə məxsus ox ucu aşkar edilib. Məlumata görə, xarici görünüşünü saxlayan ox ucunun 1500 il əvvələ aid olduğu bildirilir. Metal parçasının uzunluğu 18, eni isə 2 santimetrdir.

Çəkisi 30 qram olan metal parçası tarixçilərin nəzarətinə götürülüb. Qeyd edək ki, ox ucunu təsadüfən ərazidən keçən çoban tapıb./publika.az

Xəbər lenti

Çox oxunanlar