Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Suriyanın İdlib əyalətində yaranmış gərgin vəziyyətlə və terrorçu qruplaşmaların fəallaşması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Bundan başqa, iclasda koronavirusun yayılması və bunun dünya iqtisadiyyatına təsiri müzakirə olunub.