Xəzər Xəbər

Kobi Brayant gizli dəfn edildi

Dünya | 11:23 • 14 Fevral 2020
Kobi Brayant gizli dəfn edildi

Yanvar ayının 26-da baş vermiş helikopter qəzası zamanı həyatını itirən məşhur amerikalı basketbolçu Kobi Brayant və qızı gizli şəkildə dəfn edilib.

Xarici KİV-lər xəbər verir ki, dəfn mərasimi fevral ayının 7-də Kaliforniyada baş tutub. Məlumata görə, idmançının həyat yoldaşının istəyinə görə dəfn mərasimi gizli saxlanılıb.

Qeyd edək ki, Kobi Brayant üçün rəsmi cənazə mərasimi fevral ayının 24-də keçiriləcək./publika.az

Xəbər lenti