Xəzər Xəbər

DƏHŞƏTLİ HÜCUM: Silahlılar kəndə basqın edib onlarla sakini güllələdi

Dünya | 09:34 • 11 Fevral 2020
DƏHŞƏTLİ HÜCUM:

Nigeriyanın Borno əyalətində Boko Haram terrorçuları kəndə hücum edib.

Anadolu agentliyi xəbər verir ki, terrorçular 30-a qədər kəndlini güllələyib. Çox sayda yaralı var. Terrorçular evlərə od vurub. Onlarla ev sıradan çıxıb. Bildirilir ki, silahlılar təhlükəsizlik əməkdaşlarının yolu bağlamasına cavab olaraq qətliam törədib. Bölgəyə hərbi qüvvələr cəlb edildikdən sonra terrorçular geri çəkilib. Bölgədə gərginlik davam edir.

Qeyd edək ki, Boko Haram qruplaşmasının hücumları nəticəsində son 1 il ərzində yüzlərlə insan həyatını itirib./publika.az

Xəbər lenti