Xəzər Xəbər

Türkiyə əsgərlərinin öldürülməsindən sonra Rusiyadan İLK AÇIQLAMA: "Putin və Ərdoğan istəsə..."

Dünya | 16:23 • 3 Fevral 2020
Türkiyə əsgərlərinin öldürülməsindən sonra

Rusiya və Türkiyə orduları Suriya məsələsində daim təmasdadırlar.

Bu sözləri Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov deyib.

Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinin bombalanması və türk əsgərlərinin şəhid olması xəbərinə aydınlıq gətirən Peskov bildirib ki, terror təşkilatlarının bölgədə hərəkətliliyindən təşvişə düşüblər.

Rusiya prezidenti Vladimir Putinin hadisədən sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmadığını qeyd edən mətbuat katibi qısa zaman ərzində liderlərin tələbi əsasında telefon danışığı təşkil edə biləcəklərini vurğulayıb./publika.az

Xəbər lenti