Türkiyənin müdafiə naziri Hülusi Akar Suriya sərhədinə gedib.
Xezerxeber.az "Anadolu”ya istinadən xəbər verir ki, o, Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə edib, daha sonra Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin müşayiəti ilə sərhəd bölgəsinə gedib.
Xatırladaq ki, ötən gecə Bəşər Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.