Xəzər Xəbər

Dünyanın ən çox satılan avtomobili məlum oldu

Dünya | 14:04 • 3 Fevral 2020
Dünyanın ən çox satılan avtomobili məlum oldu

"Toyota" dünya avtomobil bazarında markalar arasında liderliyini qorumağa davam edir.

"Toyota" 2019-cu ildə 8 milyon 683 min 49 ədəd satış və 10 faizdən çox bazar payı ilə dünyanın ən seçilən brendi olub.

Marka satışlarını 2018-ci ilə nisbətən 1,8 faiz artırıb. Artımın əsas səbəbi məhsul çeşidi və hibrid modellərdir.

Brendin əfsanəvi modellərindən olan, istehsalına 1966-cı ildən başlanan "Corolla" isə ümumi satışı 1 milyon 236 min 380 ədəd olmaqla ötən il ən çox tələb olunan avtomobil olub./publika.az

Xəbər lenti

Çox oxunanlar