Xəzər Xəbər

Türkiyədə xilasetmə işləri yekunlaşıb, zəlzələdə ölənlərin sayı 41-ə çatıb

Dünya | 17:47 • 27 Yanvar 2020
Türkiyədə xilasetmə işləri yekunlaşıb, zəlzələdə ölənlərin sayı 41-ə çatıb

Türkiyənin Elazığ şəhərində baş vermiş 6.8 bal gücündə zəlzələ zamanı dağıntılar altından son cəsəd çıxarılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu bildirib.


Beləliklə təbii fəlakət zamanı həlak olanların sayı 41-ə çatıb. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb.


Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar