Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Özbəkistan Çində təhsil alan bir qrup tələbəni geri qaytarıb

Dünya | 319 | 17:17, 27 Yanvar
Özbəkistan Çində təhsil alan bir qrup tələbəni geri qaytarıb

Yanvarın 27-də Özbəkistan Çində təhsil alan bir qrup tələbəni geri qaytarıb.


AZƏRTAC xəbər verir ki, onlar Daşkənd hava limanında diqqətlə müayinə olunur.


Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Çinin müxtəlif ali məktəblərində 250 tələbə təhsil alır. Tələbələrin bir hissəsi qış tətilinə çıxdığı üçün Özbəkistandadır. Onların böyük hissəsi isə hələ də Çindədir və bu tələbələrin də geri qaytarılması istiqamətində iş aparılır.


Son məlumata görə, Çində 2 min 835 adam koronavirusun yeni növünə yoluxub, bunların 81-i artıq dünyasını dəyişib.

Çox oxunanlar