Xəzər Xəbər

Rusiyanın yeni Baş naziri bu şəxs ola bilər Putin namizədini açıqladı

Dünya | 11:38 • 16 Yanvar 2020
Rusiyanın yeni Baş naziri bu şəxs ola bilər

Rusiya prezidenti Vladimir Putin Baş nazir postunu Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə təklif edib.

Röyters agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Mişustin dövlət başçısının təklifini qəbul edəndən sonra onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Xatırladaq ki, bu gün Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumət tam tərkibdə istefa verib./publika.az

Xəbər lenti