Xəzər Xəbər

Trampa İMPİÇMENT ŞOKU: Qərar verildi

Dünya | 10:01 • 16 Yanvar 2020
Trampa İMPİÇMENT ŞOKU:

ABŞ-ın Nümayəndələr Palatasında prezident Donald Trampın impiçment təhqiqatına dair sənəd qəbul olunub.

Sənədin lehinə 228, əleyhinə isə 193 səs verilib. Bununla da, Trampın impiçmentinə dair iki maddə Senata göndərilib. Bu maddələr səlahiyyətlərini aşmaq digər isə Konqresin fəaliyyətinə maneə törətməkdir.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə "Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar "Ağ ev” rəhbərinin impiçmentini tələb edib./publika.az

Xəbər lenti

Çox oxunanlar