İslam İnqilabı Keşikçilәr Korpusunun "Qüds” briqadasının komandanı general Qasım Süleymaninin cənazəsi dünən İrana aparılıb.
Rəsmi İran televiziyasının canlı yayımladığı cənazə mərasimində üzü görünməyən İranın səlahiyyətli şəxsi ABŞ-ı təhdid edib:
"İranın 80 milyon əhalisi var. İranın nüfuzunu nəzərə alaraq ABŞ prezidenti Donald Trampın başını gətirənə 80 milyon dollar vermək istəyirik”.
İranın təhdidləri bununla bitməyib. İranlı millət vəkili Abolfazl Abotorabi ABŞ-ı "ürəyindən vurmaqla" təhdid edib. O bildirib ki, İran istəsə, Ağ Evi vura bilər. Abolfazl Abotorabi ABŞ-ın bu addımının müharibə çağırışı olduğunu deyib: "Əgər tərəddüd etsəniz, məğlubiyyətlə barışmalı olacaqsınız. Əgər biri sizə müharibəyə çağırırsa, çiçəklə qarşılıq verə bilərsinizmi? Sizi başınızdan vurarlar".