Xəzər Xəbər

İraqdakı xarici hərbi qüvvələr ölkədən çıxarılacaq - QƏRAR VERİLDİ

Dünya | 18:58 • 5 Yanvar 2020
 İraqdakı xarici hərbi qüvvələr ölkədən çıxarılacaq  -

İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.


Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib.


Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.


Bu əməliyyatı İraqda etirazla qarşılanıb və ABŞ qoşunlarının ölkədən çıxarılması gündəmə gəlib.

Xəbər lenti