Xəzər Xəbər

İƏİT: havanın çirklənməsi 2060-cı ilədək dünyada 6-9 milyon insanın erkən ölümü ilə nəticələnə bilər

Dünya | 17:21 • 7 Noyabr 2019
İƏİT: havanın çirklənməsi 2060-cı ilədək dünyada 6-9 milyon insanın erkən ölümü ilə nəticələnə bilər

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) bu gün dərc edilmiş hesabatına əsasən, havanın çirklənməsi ölümün və əlilliyin artıq əsas səbəblərindən biridir, əgər müvafiq siyasi tədbirlər qəbul edilməzsə, o zaman onun gələcəyə təsiri arta bilər.


AZƏRTAC xəbər verir ki, proqnozlara əsasən, havanın çirkləndirilməsi 2060-cı ilədək dünyada 6-9 milyon insanın erkən ölümü ilə nəticələnə bilər.


Sənəddə qeyd olunur ki, havanın çirkləndirilməsi 2016-cı ildə Portuqaliyada 2800 insanın ölümünə səbəb olub. İƏİT-in üzvü olan 36 ölkədə havanın çirkləndirilməsi hər 100 min sakinə təqribən 40 ölüm hadisəsinin düşməsi ilə nəticələnib.


İƏİT-in "İlk baxışda sağlamlıq-2019” illik hesabatına müvafiq olaraq, Latviya, Macarıstan və Litva – 2016-cı ildə ölüm hallarının sayının ən yüksək olduğu ölkələrdir. Bu ölkələrdə hər 100 min sakinə 80-dən artıq ölüm halı düşür.


Daha təşvişdoğurucu hallar Hindistan və Çində müşahidə edilib. İƏİT-in iki tərəfdaşı olan bu ölkələrdə hər 100 min sakinə 140 ölüm halı qeydə alınıb.


Sənəddə, həmçinin ekstremal temperaturun sağlamlığa təsiri qeyd olunur, 2003-cü ilin isti yayı xatırladılır. Həmin dövrdə Avropada 80 min nəfər həlak olmuşdu, təkcə Fransada 3 min ölüm halı qeydə alınmışdı.


Buna görə də İƏİT iqlim dəyişmələrinin fəsadlarının azaldılmasından ötrü sektorlararası siyasətin zəruriliyini dəstəkləyir. Qurum bələdiyyə orqanları ilə sənaye, ətraf mühit, nəqliyyat və kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq münasibətlərini təklif edir.

Xəbər lenti

Çox oxunanlar