Xəzər Xəbər

Şumaxerin qızından duyğusal paylaşım FOTO

Dünya | 13:16 • 5 Noyabr 2019
Şumaxerin qızından duyğusal paylaşım

Dünyanın ən məşhur avtopilotu, beynəlxalq "Formula-1" çempionatının yeddiqat çempionu, "Qırmızı baron" ləqəbli alman Mixael Şumaxerin qızı Cina-Mariya Şumaxerin sosial mediada paylaşdığı ailə fotosu maraqla qarşılanıb.

Cina-Mariya Şumaxer İnstaram hesabında uşaqlıq fotoşəklini yayımlayıb.

O, paylaşımına "Kiçik yarış maşını. Ailəmlə birgə sürürdük...Ən sevdiyim fotoşəkillərdən" qeydini yazıb.

Cina-Mariya Şumaxerin duyğusal paylaşımına minlərlə rəy yazılıb. İzləyicilər əfsanəvi pilotun qızına təskinlik verərək "o günlər geri gəlməsə belə xatırla" şərhini qeyd ediblər.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşüb.

teleqraf

Xəbər lenti