Xəzər Xəbər

Tramp Zelenskiyə belə təzyiq edib – Gizli informator üzə çıxdı

Dünya | 13:15 • 4 Noyabr 2019
Tramp Zelenskiyə belə təzyiq edib

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı barədə məlumat verən informator Respublikaçı konqresmenlərin suallarını cavablandırmağa razı olub.

Bu barədə ABŞ prezidentinin vəkili Mark Zayed məlumat verib.

Vəkil qeyd edib ki, adının gizli saxlanılmasını istəyən informator suallara cavab verməmişdən əvvəl and içəcək, yalan danışacağı təqdirdə isə hüquqi çərçivədə cəzalandırılacaq. Lakin Mark Zayed qeyd edib ki, Tramp və Respublikaçıların bir müddətdir axtardığı informatorun şəxsiyyətini ortaya çıxara biləcək suallara cavab olmayacaq.

"Assoşieytden Press”in məlumatına görə, bu gözlənilməz təklif Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Davin Nunezə verilib.

Bu, respublikaçılara birbaşa informatora suallar verməyə imkan yaradacaq.

Bir neçə ay əvvəl bir telefon danışığında Donald Trampın Vladimir Zelenskiyə təzyiq etdiyi barədə məlumat yayılmışdı. Həmin görüşdə Ağ Ev rəhbərinin gələn il ABŞ-da keçiriləcək seçkilərə namizəd olan Co Baydenin Ukraynada biznes sahibi olan oğlunun bu ölkədən çıxarılması barədə Zelenskiyə tapşırıq verdiyi bildirilmişdi./teleqraf

Xəbər lenti

Çox oxunanlar