Xəzər Xəbər

Rusiya ABŞ-ın xəstə atteşesini Almaniyaya buraxmadı Zaxarovadan açıqlama

Dünya | 11:03 • 4 Noyabr 2019
Rusiya ABŞ-ın xəstə atteşesini Almaniyaya buraxmadı

Rusiyanın avqust ayında bir ABŞ hərbi atteşesinin xəstələndiyi üçün Moskvadan Almaniyaya təxliyə edilməsinə səbəbsiz yerə mane olması ilə bağlı iddiaya cavab gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iddianı yayımlayan "Nyu York Tayms” qəzetini yalan xəbər dərc etməkdə və saxtakarlıqda ittiham edib.

Feysbuk hesabından açıqlama verən Zaxarova amerikalı hərbi atteşenin olduğu təyyarənin reysinin hava yolu şirkətinin bildirdiyindən 5 dəqiqə əvvəl gerçəkləşdirildiyini deyib.

İddiaların mənasız olduğunu vurğulayan Zaxarova yazılanları "yalan və düpbədüz saxtakarlıq” adlandırıb.

Qeyd edək ki, xəbər ötən gün "Nyu York Tayms”da dərc edilmişdi./publika.az

Xəbər lenti

Çox oxunanlar