Xəzər Xəbər

Türkiyədə başına 300 min qoyulan terrorçu öldürüldü

Dünya | 10:58 • 20 Oktyabr 2019
Türkiyədə başına 300 min qoyulan terrorçu öldürüldü

Türkiyənin Adıyaman vilayətində ölü olaraq ələ keçirilən iki PKK terrorçusundan birinin Çekdar Bezar kod adlı Özcan Bektaş olduğu müəyyən edilib.

Adı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan "boz siyahı”ya salınan terrorçunun başına 300 min lirə pul qoyulmuşdu.

Digər terrorçunun kimliyi hələ müəyyən edilməyib./publika.az

Xəbər lenti