Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Londonda ekoaktivist hava limanında təyyarənin üzərinə çıxıb - FOTO

Dünya | 432 | 21:49, 10 Oktyabr
Londonda ekoaktivist hava limanında təyyarənin üzərinə çıxıb -

Londonda davam edən ekoaktivist mitinqləri zamanı bir etirazçı hava limanında təyyarənin üzərinə çıxıb.


Xezerxeber.az xəbər verir ki, paralimpiya bürünc mükafatçısı, Ceyms Braun Britaniya Hava Yollarına məxsus təyyarəsinin üstünə qalxaraq öz etirazını təyyarənin üzərində davam etdirib. Xilasetmə qrupunun üzvləri etirazçını təyyarənin üzərindən endiriblər. O, həbs edilib.


Etirazçılar hava limanının genişləndirilməsi ilə bağlı planların hökumətin 2050-ci ilə qədər tullantıları sıfıra endirmək öhdəlinə uyğun gəlmədiyini bildiriblər.


Ekoaktivistlər üç gün ərzində hava limanına giriş və çıxış qapıları qarşısında uzanaraq və oturaraq uçuşlara mane olmaq niyyətindədirlər.

Çox oxunanlar