Xəzər Xəbər

Ərdoğan: Fəratın şərqinə həm havadan, həm qurudan hərəkata başlayacağıq

Dünya | 12:11 • 5 Oktyabr 2019
Ərdoğan: Fəratın şərqinə həm havadan, həm qurudan hərəkata başlayacağıq

"Artıq sözün bitdiyi yerdəyik. Hazırlıqlarımızı gördük. Hərəkətə keçmək planlarımızı tamamladıq, təlimatlarımızı verdik”.


APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Türkiyə Prezidenti Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq və Suriya qaçqınlarının torpaqlarına geri qaytarılması mövzusunda ABŞ-la razılığa gəlinmədiyi üçün ən yaxın zamanda Türkiyənin hərəkətə keçə biləcəyini vurğulayıb: "ABŞ-la quruda, havada əməkdaşlığn hekayə olduğunu gördük. Siz PKK/YPG-ni terror təşkilatı olaraq tanıyırsınız-tanımırsınız, bunu açıqlayın. Bütün tədarükü görmüşük. Hərəkətə keçməyimiz bəlkə bu gün, bəlkə sabah deyilə biləcək qədər yaxındır. Fəratın şərqinə həm havadan, həm qurudan hərəkata başlayacağıq”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar