Xəzər Xəbər

Bütün proqnozları doğru çıxan alim bu dəfə də yanılmadı: Türkiyə və Yunanıstan silkələnir

Dünya | 14:15 • 24 Sentyabr 2019
Bütün proqnozları doğru çıxan alim bu dəfə də yanılmadı:

Yunanıstanda şiddətli zəlzələ meydana gəlib.

Cirit adası sahillərində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Makry Gialos adasından 106 km məsafədə, yerin 80 km dərinliyində baş verib.

Qeyd edək ki, az öncə Türkiyənin İstanbul şəhərində də 4,6 bal gücündə zəlzələ olmuşdu.

Xatırladaq ki, dünyaca məşhur zəlzələ proqnozçusu Frenk Huqerbits Türkiyədə baş verə biləcək zəlzələlərin şiddətli olacağını demişdi./publika.az

Xəbər lenti