Xəzər Xəbər

Zelenski impiçment haqda qanunu imzalayıb

Dünya | 14:07 • 23 Sentyabr 2019
Zelenski impiçment haqda qanunu imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski "Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” qanunu imzalayıb.


Xezerxeber.az-ın məlumatına görə bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.


Qanun dövlətə xəyanət və ya digər cinayət törədildiyi təqdirdə, impiçment halında prezidentin səlahiyyətlərinə xitam verilməsi imkanını təmin edir.


Qeyd edək ki, sentyabrın 10-da Ukrayna Ali Radası "Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında" (№ 1012) qanun layihəsini təsdiqləyib.

Xəbər lenti