Xəzər Xəbər

Televiziya aparıcısı tennisçini təhqir etdiyi üçün cərimə olunub

Dünya | 11:26 • 17 Sentyabr 2019
Televiziya aparıcısı tennisçini təhqir etdiyi üçün cərimə olunub

Rumıniyanın ayrıseçkiliyə qarşı milli şurası idman jurnalisti Radu Bançunu amerikalı tennisçi Serena Vilyamsı təhqir etdiyinə və rasist hərəkətlərinə görə təqribən 2000 avro məbləğində cərimə edib.


AZƏRTAC xəbər verir ki, R.Bançu Rumınıya televiziya efirindən 37 yaşlı S.Vilyamsı meymunla müqayisə edib. Hadisə böyük rezonans doğurub. Şura bu müqayisəni rasist sayıb.


Qeyd edək ki, S.Vilyams Böyük dəbilqə yarışlarında 23 qələbə qazanıb və ən çox mükafat alan idmançılar sırasındadır.

Xəbər lenti

Çox oxunanlar