Xəzər Xəbər

Sülh yalnız bu halda mümkün olacaq – Qəni açıqladı

Dünya | 15:46 • 8 Sentyabr 2019
Sülh yalnız bu halda mümkün olacaq – Qəni açıqladı

Əfqanıstanda sülh və stabilliyin bərpası Talibanın terror aktını kəsməsindən sonra mümkün ola bilər.

Axar.az xəbər verir ki, bu bəyanatı Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib.

O, Əfqanıstan hökumətinin öz müttəfiqlərinin stabilliyin bərpası məsələsindəki bütün səylərini alqışladığını bildirib.

Qeyd edək ki, Tramp bundan öncə Kabildəki terakta görə Kemp-Deviddə Taliban liderləri və Qəni ilə planlaşdırdığı məxfi görüşünü ləğv etdiyini bəyan etmişdi.

Xəbər lenti

Çox oxunanlar