Rusiyalılardan və ukraynalılardan ibarət heyəti olan gəmi Elba çayının Almaniyadan keçən hissəsində qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, "Kelly” yük gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
Malta bayrağı altında üzən və Kalininqraddan Rotterdama gedən gəminin maşın şöbəsində yanğın baş verib. Gəmidə 11 rusiyalı və 2 ukraynalının olduğu bildirilir. Heyətin daha iki üzvü yaralanıb.