Xəzər Xəbər

Tramp Ruhani ilə görüşə razılıq verib

Dünya | 09:22 • 5 Sentyabr 2019
Tramp Ruhani ilə görüşə razılıq verib

ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda BMT Baş Məclisin ümumi müzakirəsi çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşə razılıq verib.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Vaşinqton Administrasiyasının rəhbəri məlumat verib.


BMT Baş Məclisinin iclasında Ruhani ilə mümkün bir görüş barədə suala cavabında Trump vurulayıb ki, hər şey mümkündür: "İran rəsmiləri danışmaq istəyirlər. Razılaşmaq istəyirlər".


Trampdan ABŞ Administrasiyasının İrana qarşı tətbiq etdiyi sanksiyalar barədə sözügedən trarixdə iki prezident arasında danışıqlar zamanı hər hansı bir şərtin olub-olmadığı soruşulub. ABŞ prezidenti qısa cavab verib: "Görək, nə baş verir".


"Biz İranda rejim dəyişikliyini istəmirik. Onların böyük potensialı var və düşünürəm ki, bundan faydalanmaq istəyəcəklər" - deyə, Tramp əlavə edib.

Xəbər lenti