Xəzər Xəbər

Rusiya, Almaniya, Fransa liderləri Zelenskini məyus etdilər

Dünya | 13:24 • 10 Avqust 2019
Rusiya, Almaniya, Fransa liderləri Zelenskini məyus etdilər

Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda ukraynalı hərbi qulluqçuların ölümü ilə əlaqədar "Normand dördlüyü” (Rusiya, Almaniya, Fransa və Ukrayna) formatında təcili iclas keçirmək çağırışı cavabsız qalıb.


Lenta.ru xəbər verir ki, Rusiya, Almaniya və Fransa liderləri – Vladimir Putin, Angela Merkel və Emmanuel Makron Ukraynanın konkret təklifləri olmadığını diqqətə çatdırıblar.


Buna görə də həmin ölkələrin rəhbərləri təcili görüş üçün səbəb olmadığını bildiriblər.

Xəbər lenti