Türkiyənin Dənizli vilayətində güclü zəlzələ olub.
Xezerxeber.az CNN Türk telekanalının saytına istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 313 min əhalisi olan Dənizli şəhərindən 57 kilometr şimal-şərqdə Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Dağıntı və tələfat barədə məlumat verilmir.