Xəzər Xəbər

Co Bayden keçən həftə baş vermiş kütləvi qətllərə görə Trampı ittiham edib

Dünya | 12:12 • 8 Avqust 2019
Co Bayden keçən həftə baş vermiş kütləvi qətllərə görə Trampı ittiham edib

Çərşənbə günü Prezident Donal Tramp Ohayo ştatının Deyton şəhərinə, sonra isə Texas ştatının El-Paso şəhərinə yola düşüb.


Bu səfərin məqsədi keçən həftənin istirahət günlərində kütləvi güllələmə hadisələri baş vermiş ərazidəki icmalarla görüşməkdir.


Sabiq vitse-prezident Co Bayden Prezidenti tənqid edərək bildirib ki, Tramp öz ritorikası ilə ağdərililərin üstünlüyünü və zorakılığı təşviq edir.


Bayden öz seçkiqabağı kampaniyası çərçivəsində Ayovadakı tərəfdarları qarşısında çıxış edərək belə bir ritorik sual verib: "Trampın sözləri El-Pasodan olan cinayətkarın "Bu hücum Latın amerikalılarının Texasa müdaxiləsinə cavabdır” sözlərindən nə ilə fərqlənir?”.


Bayden öz sualına belə cavab verib: "Məncə, bu sözlər o qədər də fərqlənmir. Bu ölkədə ağların üstünlüyü alovunu qızışdıran Prezidentdir”. (AZƏRTAC)

Xəbər lenti