Xəzər Xəbər

Qırğızıstan prezidenti Təhlükəsizlik Şurasını topladı

Dünya | 11:14 • 8 Avqust 2019
Qırğızıstan prezidenti Təhlükəsizlik Şurasını topladı

Bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.


Xezerxeber.az xəbər verir ki, iclasda çıxış edən Sooronbay Jeenbekov bildirib ki, sabiq Prezident Almazbek Atambayev hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozub. Dövlət başçısı deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Prezidentin sözlərinə görə, ölkədə qanunçuluğun, sülhün və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.


İclasda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev və Baş prokuror Otkurbek Jamşidov yaranmış vəziyyət haqqında məlumat veriblər.


Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, hökumət qüvvələri ilə sabiq Prezident Almazbek Atambayevin tərəfdaşları arasında olan qarşıdurmada yaralananların sayı 52 nəfərə çatıb.

Xəbər lenti