Xəzər Xəbər

ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...

Dünya | 16:20 • 6 Avqust 2019
ABŞ viza sistemini dəyişdirdi:

ABŞ viza sistemində yenilik edib.

Sərbəst viza proqramından faydalanan 38 ölkənin vətəndaşları Şimali Koreya ilə yanaşı, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət etmiş olmaları təqdirində, ABŞ-a giriş zamanı əlavə viza almaq məcburiyyətində olacaqlar.

ABŞ Gömrük və Sərhəd Qoruma Birliyinin (CBP) internet saytında dərc olunan açıqlamada qeyd edilib ki, sözügedən ölkələrə 1 mart 2011-ci il və ondan sonrakı dövrlərdə səyahət ediblərsə, ABŞ-a girişləri məhdudlaşdırılacaq.

Proqram çərçivəsində 38 ölkənin vətəndaşlarına ABŞ-a 90 günlük vizasız giriş haqqı tanınırdı.

Sözügedən 38 ölkə bunlardır:

Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Çili, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Litva, Lxtenşteyn, Latviya, Lüksemburq, Malta, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə.

Publika.az

Xəbər lenti