Xəzər Xəbər

İpoteka ödəyənlər daha az boşanır

Dünya | 14:50 • 3 Avqust 2019
İpoteka ödəyənlər daha az boşanır

Rusiyada kredit əhvalatları ilə bağlı bir araşdırma maraqlı nəticə ortaya çıxarıb. Məlum olub ki, ipoteka ödəyənlər daha az boşanır.

Bizimyol.info xəbər verir ki, tədqiqatı peşəkar kollektorlar agentliyi ilə "Ekvifaks” bürosu birlikdə keçirib. Mütəxəssislər ipoteka krediti ilə ev sahibi olanların yalnız 2 faizinin sonradan ailəsinin dağıldığını bildirir. Halbuki ümumi boşanma faizi 10-20 arası dəyişir.

Mütəxəssislər bunu ipoteka krediti götürənlərin maliyyə məsələlərinə daha məsuliyyətli yanaşmağa borclu olması, ailədaxili sabitliyə maraq yaranması ilə bağlayırlar. Çünki məhkəmə çəkişmələri kredit əhvalatlarına yalnız qara zolaq gətirir. Yəni adamlar ipoteka ilə ev sahibi olandan sonra uzunmüddətli missiyanın öhdəsindən birlikdə gəlməyə çalışırlar.

Xəbər lenti