Xəzər Xəbər

Amerika təyyarəsi Rusiya sərhədində FOTO

Dünya | 10:09 • 27 İyul 2019
Amerika təyyarəsi Rusiya sərhədində

ABŞ Hərbi Hava Qüvvələrinin "RQ-4A Global Hawk” strateji pilotsuz aparatı cümə günü axşam saatlarında Rusiyanın Qara dəniz sahilində kəşfiyyat uçuşu həyata keçirib.

Bu haqda "PlaneRadar” monitorinq resursu bildirib.

Göyərtə nömrəsi 04-2021 olan pilotsuz təyyarə İtaliyada təyyarə bazasından uçub. Təyyarə Moskva vaxtı ilə 14:45-də Donbasda təmas xəttinin monitorinqini başa çatdırıb, beş saat sonra isə onu Qara dənizin üzərində Rusiyanın sərhədinə yaxın ərazidə qeydə alıblar. "RQ-4A Global Hawk” Krasnodar vilayəti, həmçinin Ukraynadan ilhaq olunan Krım yarımadasının sahili boyunca uçub.

Qeyd edək ki, son zamanlar xarici pilotsuz təyyarələr və təyyarə-kəşfiyyatçılar tez-tez Rusiya sərhədlərində görünməyə başlayıb. Rusiyanın Müdafiə Nazirliyi tərəfindən edilən çağırışlara baxmayaraq, Vaşinqton Rusiya sərhədlərində kəşfiyyat əməliyyatlarını dayandırmaqdan imtina edir./publika.az

Xəbər lenti

Çox oxunanlar