Xəzər Xəbər

Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək - FOTO

Dünya | 13:57 • 25 İyul 2019
Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək -

Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək.


APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


O, bu il sentyabrın 1-dən etibarən Azərbaycana gələcək Türkiyə vətəndaşlarının viza almayacaqlarını qeyd edib.


Azərbaycan tərəfi də APA-ya məlumatı təsdiqləyib. Bildirilib ki, sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.


Qeyd edək ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib. Hazırda Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür.


Xəbər lenti

Çox oxunanlar